backend

Ramil Usubov xidmət rəislərinə tapşırıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 20-si və 21-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.
DİN-dən Editor.az-a verilən məlumata görə, qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarından olan vətəndaşlar, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edib.
Nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Polisin fəaliyyəti ilə bağlı olmayan müraciətlərin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.
General-polkovnik Ramil Usubov tərəfindən ümumilikdə 69 vətəndaş qəbul edilib.
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.