backend

Kataloniya rəhbəri parlamenti Madridə qarşı cavab tədbirlərini müzakirə etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon muxtariyyət parlamentini Madridin son qərarına cavab tədbirlərini müzakirə etməyə çağırıb. K.Puçdemonun bəyanatında deyilir:
“Özünüidarəetmə və demokratiyanı ləğv etmək cəhdini müzakirə edərək müvafiq addımlar atmaq üçün parlamentdən plenar iclas keçirməyi xahiş edirəm. Kataloniya xalqı təhlükə ilə üzləşib, təsisatlarımızı dinc və sivil şəkildə müdafiə etməliyik.
Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.
Qərar Senat tərəfindən təsdiq olunmalıdır. İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.
// APA