backend

Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalı ilə mükafatlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Rus İfaçılıq Sənəti” Fondunun medalına layiq görülüb.
Medalı səfirə Rusiyanın əməkdar artisti, “Rus İfaçılıq Sənəti” İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib. Fond prezidentinin sözlərinə görə, Azərbaaycan səfiri musiqi mədəniyyəti üçün çox iş görüb.
Bülbüloğlu təşkilat rəhbərinə ona ünvanlanmış xoş sözlərə görə minnətdarlığını bildirib.
Medal təşkilatın yaranmasının 25 illiyinə həsr olunub.
//Trend