backend

Sabah yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

/// Oxu.Az