backend

Nəzarətçini boğub və… – Qaçan digər məhkum haqda məlumatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıdan Şirvana etap olunarkən qaçan məhkumlardan biri Etibar Ələkbər oğlu Məmmədov barədə ilginc məlumatlar yayılıb.
O, ilkin yayılan məlumatlardakı kimi külli miqdarda narkotik vasitələrin satışı ilə deyil, qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur .
Saytın yazdığına görə, E.Məmmədovun əvvəllər tərbiyə müəssisəsində cəza çəkib.
Ən ilginc olanı isə, E.Məmmədovun 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunmasıdır. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir.
O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.
Məlumat üçün bildirək ki, qaçmağa nail olan digər məhkum Əli Ağaminin isə kriminal aləmə yaxın şəxs olduğu barədə məlumat yayılıb.

///modern.az