backend

SOCAR-ın Ukraynadakı törəməsi dizel idxalını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna səbəb şirkətin yeni öhdəliklərin üzə çıxmasıdır.
Buna baxmayaraq, Ukraynadan qaçan oliqarx Sergey Kurçenko ilə sıx əlaqələri olan “Perspektiva” treyder şirkətinin sentyabr ayında daxili bazarda 1000 ton dizel yanacağı satıb. Bunun 420 tonu Krivoy Roqa “Arselor Mittal” şirkətinə, 290 tonu isə “Import Trans Servis” şirkətinə göndərilib. Qalan 300 tona yaxın yanacağı isə “Perspektiva” Donetsk vilayətinə “Marshal” şirkətinə yollayıb. Dizel yanacağının istehsalçısı “Qazprom Neft-Kimya Salavat” şirkətidir.
Nəql zamanı vasitəçi qismində Böyük Britaniyanın “LVK Centre Limited” şirkəti çıxış edib. Məhz bu şirkət “Qazprom Neft-Kimya Salavat” ilə SOCAR arasında vasitəçidir.
SOCAR-ın törəmə şirkətindən bildirilib ki, idxalın dayandırılmasının səbəbi öhdəliklərin ayırd edilməsidir: “Biz pauza götürdük. İdxalın şərtləri dəyişib”.
“Perspektiva” şirkəti 2014-cü ildə qeydiyyata alınıb. Şirkətin direktoru Svetlana Qluşşenkodur.
2016-2017-ci illərdə Ukraynanın hüquq-mühafizə orqanları S. Kurçenko barədə araşdırmalara başlayıb və “Perspektiva” şirkətinin adı bu araşdırmalarda hallanıb. Şirkət hətta qondarma “Luqansk Xalq Respublikası”nın maliyyələşdirilməsində şübhəli bilinib.
//APA