backend

Azərbaycanda daha bir bank çökdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 30 Sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, “MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.
2017-ci il ərzində “MuganBank”da “qeyri-standart kreditlər” 5 milyon 936 min manat və ya 11% artıb.
Qeyri-standart kreditlərin 19 milyon 471 min manatı “qeyri-qənaətbəxş”, 10 milyon 615 min manatı “təhlükəli” və 23 milyon 737 min manatı “ümidsiz” hesab olunur.
“MuğanBank” kreditlər üzrə 7 milyon 332 min manat adi, 31 milyon 810 min manat məqsədli ehtiyat yaradıb. Yəni, ehtiyatlar ödəmə vaxtı keçmiş kreditləri örtmür.
Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.
“MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.