backend

“Medical Plaza” və “Baku City Hospital” qadının başına oyun açıb – İttihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medical Plaza” və “Baku City Hospital” qadının başına oyun açıb”Medical Plaza” və “Baku City Hospital” klinikalarından şikayətlər çoxalıb
 
“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) hər iki klinika barəsində müraciəti sosial şəbəkələrdə yayıb.
Nəsimi rayonu Şamil Əzizbəyov 174 Mənzil 17 ünvanında yaşayan Həsənova Lalə İlham qızı qeyd edir ki, “Medical Plaza” Tibb Mərkəzində türkiyəli həkim Lütfü Barlas Aydoğan tərəfindən burnundan estetik və çəpər əyriliyi səbəbi ilə əməliyyat olunub:
Əməliyyata girdiyim zaman müqavilə bağlanılmadı. L.Barlas Aydoğana şəkil göstərib nə formada burun istədiyimi izah etsəm də, o gülərək sifətimə yaraşan formada əməliyyat edəcəyini dedi.
Əməliyyatdan sonra nəticədən razı qalmadığımı dedim. Gips açıldığı zaman burnum əyri olduğu üçün mənə göstərmədilər. Başqa bir həkimin də müdaxiləsi ilə sıxaraq əyriliyi düzəltməyə çalışdılar, amma nəticəsiz qaldı.
On günlük müalicə yazaraq elektrik masajına gəlməyimin vacib olduğunu dedilər. Heç bir nəticəsi olmayan masaj üçün 50 manat ödəniş etmişdim. Əyriliyin səbəbini soruşanda üz simmetriyamın çox olduğunu dedilər.
Məni əməliyyat edən həmin türk həkim hazırda Həsən Əliyev 38 ünvanında yerləşən “Grand Hospitalda” çalışır. Qeyd edim ki, ilk əməliyyata analizlərlə birlikdə 1477 manat ödəniş etmişdim.
1-ci əməliyyat uğursuz olduğundan əlavə 150 manat ödəyib 25.06.2013-cü ildə eyni həkimə əməliyyat etdirdim. Əməliyyatlardan sonra iy bilmə qabiliyyətimi itirdim və nəfəsalmam daha da çətinləşdi.
Bu səbəbdən şiddətli baş ağrılarım yarandı. 2-ci əməliyyatın nəticəsi də pis olduğundan məcbur olub üçüncü əməliyyat üçün “Baki City” hospitalı seçdim.
Bu hospital ilk 2 əməliyyatın uğursuz olduğunu nəzərə alaraq 02.09.2016-cı tarixdə Yusif Vəzir Çəmənzəminli 18 ünvanında yerləşən “Baku City Hospital”da (012 980; 012 440-51-11) burnumdan əməliyyata götürdü.
Həkimə əməliyyat üçün analizlə birlikdə 2300 manat ödəmişəm. Bu zaman mənə rəsmi pul qəbzi verilməyib, yalnız 100 manat üçün qəbz verildi. Mənimlə heç bir müqavilə bağlanmadı, nəticənin necə olacağı ilə bağlı heç bir sənəd verilmədi”.
Palitika.Az xəbər verir ki, L.Həsənovaya üçüncü burun əməliyyatını xəstəxananın lor-cərrahı Cavid İsmayılov icra edib.
Sitat: “İsmayılov dedi ki, əvvəldən mənə müraciət etsəydin, daha yaxşı nəticə əldə edərdim. O, əvvəlki əməliyyatımda nöqsanların olduğunu dedi.
Bu əməliyyatın həyata keçirilməsi üçün o məndən 2300 manat aldı. Məbləğin çox olmasına səbəb burnuma sinəmin altından çıxarılacaq qığırdağın vurulması idi.
Burnun vəziyyətinin pis olması səbəbindən qığırdağa ehtiyac olduğunu bildirmişdi. Bunun üçün dəbaşqa cərrah əməliyyata girməli idi. Elə oldu ki, həmin cərrahın işinə ehtiyac qalmadı, yəni qığırdağım götürülmədi.
Cavid İsmayılovdan həmin cərrah üçün verdiyim pulun qaytarılmasını tələb etsəm də, pulumu geri vermədilər.
Səbəb də göstərildi ki, həmin cərrahın vaxtı alınıb. Sarıq açılanda burnumun formasını bəyənmədiyimi ilk gundən dəfələrlə həkimə bildirmişdim.
Hətta uc hissənin yenə uzun, kənarların batıq qaldığını gördüm və bildirdim ki, kaş qığırdaq qoyub, bunu itirərdiniz.
Həkim qığırdağı əməliyyat zamanı o hissəyə qoyduqda yaxşı gorünmədiyini və ehtiyac olmadığını dedi.
Sağ tərəfdə yapışqanlıq olduğunu və nəfəs almamda çətinlik çəkdiyimi söyləmişdim. Mən burnumu yenidən əməliyyat etməsini istəsəm də, o səhvlərini boynuna almayaraq rədd cavabı verdi. “Təkrar etsəm dərinin hassaslaşdığına görə burununda çürümə baş verə bilər” deyə dedi.
Əməliyyatdan bir müddət keçdikdən sonra artiq şiş çəkildikdə, burun formalaşmağa başladıqda burnumun ucunda sap qaldığını gördüm. Sapın çıxarılması üçün həkimin yanına getdim”.
Palitika.Az xəbər verir ki, həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinsetlə aralayıb sapı bir az kəsib.
L.Həsənova yazır: “Lakin sapın kökü içəridə qaldığından quruması üçün dərman yazdı. Həmin dərmanı vursam da, heç bir effekt görmədim.
Yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına getməli idim, lakin köməkçisi məndən 100 manat tələb etdi.
Halbuki bu, onların səhvidir və mən ödəniş etməməliyəm. Onlar mənə maddi və mənəvi ziyan vurublar, üstəlik maddi olaraq da 100 manat istəyirlər. Həkimə bunun onların günahı olduğunu deyəndə inkar etdi.
“Mənim səhvim yoxdur”- deyərək sapın keyfiyyətinə cavabdeh olmadığını əlavə etdi. Ödədiyim pulu da kassaya yox, onun özünə verməli olduğumu dedi.
Mən də pulu özünə verdim, lakin həkim mənə pulun qəbul edilməsi barədə qəbz vermədi. Əməliyyatdan çıxanda həkimin özünə də demişdim ki, əl işiniz ürəyimcə olmayıb.
Mənə demişdi ki, üçüncü əməliyyat olduğu üçün ideal nəticə gözləmə. Amma burnumda sapın qalmasını düşünmürdüm. Həm də 6 ay ərzində tam düzələcəyinə ümüdləndirmişdi”.
Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli təsdiq edilmiş 137 nömrəli əmri ilə təsdiqlənmiş “Həkimlərin etik davranış qaydaları”nın 15-ci bəndinə əsasən, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır.
Eyni zamanda, həmin sənədin 36-cı bədinə görə, həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər.
L.Həsənova bildirir ki, ümumilikdə 1 677 manat (1477+150+50), üçüncü əməliyyat üçün isə 2300 manat xərcləyib:
“Hər üç əməliyyata birlikdə 3977 AZN xərcim çıxıb. Mənə dəymiş 3927 AZN ziyanın tam həcmdə ödənməsini tələb edirəm.
Ya hər iki klinika birləşib mənim istədiyim yerdə məni uğurlu əməliyyat etdirsin və ya ödədiyim 3927 AZN qaytarılsın”.
//Palitika.Az