backend

"Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma…"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma vəziyyət dəyişməyə başlayır”.
Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Twitter” səhifəsində deyib.
N.Məmmədov qeyd edib: “Corc Soros, beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru adət edib ki, həmişə onunla razılaşsınlar. Amma, görünür, vəziyyət dəyişməyə başlayır. Özü də Avropadan…”
Qeyd edək ki, seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri Sebastian Kurts iş adamı Corc Sorosa Açıq Cəmiyyət Fondunun fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə xəbərdarlıq edib.

///Trend