backend

Bakıda daha bir ailə dramı: 2 uşaq yetim qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Saat 22 radələrində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində kirayə yaşadığı evin həyətində özünü asan 33 yaşlı Qismət Yusubov ailəli, 2 uşaq atası olub. Əslən Lənkəranın Bəliton kəndindən olan Qismət Yusubov xeyli vaxtdır, işsiz imiş. O, dünən axşam saatlarında həyat yoldaşı və uşaqları yaxın qonşunun evində olarkən həyətdəki üzüm çardağından özünü kəndirlə asıb. Az sonra qonşudan qayıdan qadın və uşaqları həyətdə dəhşətli mənzərə ilə qarşılaşıblar.
Bildirilir ki, Q.Yusubovun heç kimlə problemi olmayıb və psixi durumu normal imiş.
Araşdırmalar davam etdirilir.
///Lent.az