backend

Təhsil Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı məhkəmə zalında həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.
A. Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsindəki ev dustaqlığı həbslə əvəz olunub. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb. Samirə Mansurova barəsində həbs-qətimkan, Aytəkin Bağırova barəsində isə polis nəzarətində qalma qətimkan tədbiri seçilib.
//APA