Səfir: "Azərbaycanla Qazaxıstan arasında dəmir yolu ilə yükdaşımaların həcmi 146% artıb"

13:23 | 26 Oktyabr, 2017

“Bu ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmi 1,5 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146% çoxdur”.
 
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsayev bugünkü mətbuat konfransında deyib.
Səfir bildirib ki, proqnozlara görə, 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə daşınmaların 5 dəfə artacağı gözlənilir.
“Yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropa-Asiya arasında yüklərin daşınmasında tranzit habına çevriləcək” – deyə o vurğulayıb.
//APA

Mövzunu Facebookda şərh et