backend

İspaniya Ali Məhkəməsi Kataloniya rəhbərliyinin iddiasını rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Ali Məhkəməsi Kataloniya rəhbərliyinin Madridin ölkə Konstitusiyasının region muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsinin tətbiqinə dair qərarından verdiyi iddiasını rədd edib.
Məhkəmənin qərarında bildirilir ki, iddianın təmin edilməməsinə əsas hökumətin qəbul etdiyi qərarın Senata təqdim edilməsi prosedurunun yenicə başlamasında və bunun hələ ki hüquqi nəticəsinin olmamasındadır.
Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası oktyabrın 21-də keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.
Qərar Senat tərəfindən təsdiq olunmalıdır. İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.
Kataloniya rəhbərliyi Madridin qeyd olunan qərarından Ali və Konstitusiya Məhkəmələrinə şikayət edib.
//APA