backend

Bərdə sakini qardaşını öldürən həmkəndlisinin başını kəsmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda yerli sakin həmkəndlisinin başını kəsmək istəyib.
Hadisə rayonun Dəymədağlı kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn zamanı baş verib.
Belə ki, həmin kəndin sakini, 28 yaşlı Mövlan Adil oğlu Cabbarov həmkəndlisi Xaliq Qərib oğlu Məmmədovun bıçaqla boğazını kəsmək istəyib. Nəticədə M.Cabbarov X.Məmmədovun boğaz, baş və bədənin müxtəlif nayihələrinə xəsarət yetirib. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”un yerli bürosuna yaralının əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilib.
Hadisədən sonra M.Cabbarov Bərdə Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.
Qeyd edək ki, həmkəndlilər arasında uzun müddətdir “qan davası” olub. Belə ki, sonuncu dəfə X.Məmmədov M.Cabbarovun qardaşını qətlə yetirib.