backend

Sahibkarlar “Kontakt-Home”u məhkəməyə verir: Mağazalar şəbəkəsi ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mağazalar şəbəkəsi ifşa olunduBakıda fəaliyyət göstərən bir neçə telefon alqı-satqısıyla məşqul olan dükan sahibi “Kontakt-Home” mağazalar şəbəkəsini məhkəməyə verməyə hazırlaşır
Bu barədə dükan sahibləri özləri məlumat verib. Bildiriblər ki, məhkəməyə müraciət etmələrinə səbəb müştərilərdən aldıqları telefonların IMEI kodunun “Kontakt-Home” tərəfindən bloklanmasıdır.
Məlumata görə, bəzi müştərilər “Kontakt-Home”dan kreditlə aldıqları telefonları sonradan satmaq üçün dükanlarına üz tuturlar. Alınan telefonları isə sonradan başqa müştərilərə satan dükan sahibləri problemlə üzləşirlər. Belə ki, ikinci əl telefon alan müştərilər bir müddət sonra telefonlarının işləmədiyini görürlər. Araşdırdıqda isə məlum ki, avadanlığın IMEI kodu bloklanıb. Buna səbəb keçmiş sahibinin satdığı telefonun aylıq kreditini “Kontakt-Home”a ödəməməsidir.
Sahibkarlar bu kimi problemlərdən cana yığıldıqlarını və bunun onların problemi olmadığını dilə gətiriblər.
Onlar bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oğurluq və qaçaqmalçılıqla əldə olunmuş telefonların satışına mane olmaq üçün imei.az domenində qeydiyyat saytı açıb. Hər bir şirkət satdığı telefon barədə məlumatları bu saytda qeydiyyatdan keçirməlidir. Lakin “Kontakt-Home” bu prosedura riayət eləmir. Şirkət satdığı telefonun kreditdə olub-olmaması və digət detalları saytda yerləşdirmədiyindən, satan şəxs də bunu nağd aldığını deyir və digər dükanları və alıcıları aldatmağa nail olur.
Sahubkarların sözlərinə görə, hər dükanda “Konatkt-Home”dan kreditlə alınmış, başqa müştəriyə satılmış, lakin İMEİ kodu bloklandığından geri qaytarılmış onlarla telefon var: “Müştəri telefonu alır, 1-2 ay istifadə etdikdən sonra gətirib dükanlara satır. Telefonu alan dükanın da yoxlama imkanı yalnız imei.az saytındandır. Biz də daxil oluruq sayta, baxırıq ki, məsələn 5 aydır işlənir. İstifadəsinə icazə verilib. Kredit haqqında hər hansı məlumat yoxdur. Həmin telefonu alırıq, başqa müştəriyə satırıq. Üstündən 8-9 ay keçir, telefon anidən bağlanır. Məlum olur ki, sən demə telefon kreditdə imiş, müştəri də pulu ödəmir deyə, bağlayıblar.
Biz nazirliyə şikayət edəndə, deyirlər ki, məhkəmə qərarı var. Deyirik ki, bəs niyə telefon haqda məlumatlar əvvəldən saytda yerləşdirilmir? Sualdan yayınırlar. Bu, hüquqi cəhətdən düzgün deyil. Çünki telefonu bloklamaqla müştərinin kredit borcu ödənmir. Amma telefon bağlanmaqla 2-ci, 3-cü tərəfə ziyan dəyir. Zərərin qarşısını almağın sadəcə bir yolu var: o da telefonun satıldığı dəqiqə imei.az-da qeydiyyata salınmasıdır.
Problem əsasən “Kontakt-Home”dan alınan telefonlarda yaranır. Onlar baxmır müştərinin qeydiyyat yerinə, zamini olan hamıya telefon satırlar.
Bizdə narazılıq yaradan məqam odur ki, bu, nə dərəcədə qanunidir? Qanunidirsə, niyə görə telefon satılan anda sistemə bu barədə material yerləşdirilmir? Məhkəmə qərarı olmadan mağaza necə telefonu necə bloklayır, biz bunu hələ başa düşməmişik”.
Sahibkarlar “Kontakt-Home”la bağlı çox ciddi iddia irəli sürüblər. Onlar mağazalar şəbəkəsinin nazirlikdən kənar server yaratdıqlarını bildiriblər: “Kontakt-Home öz daxilində server sistemi yaradıb. Bunun vasitəsilə öz satdığı telefonları bloka sala bilir. Bu da ciddi problemdir. Bundan nazirliyin xəbəri varmı, dövlət buna nəzarət edirmi, bilmirik. Bu çox ciddi məsələdir. Ölkənin, dövlətin təhlükəsizliyinin asılı olduğu məsələlərdəndir. Rəsmi qurumların bundan məlumatlı olub-olmadığını deyə bilmərik, amma mağaza bu server vasitəsilə telefonları istədiyi kimi bloklayıb-aça bilir”.
“Kontakt-Home”un məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən Elnur adlı məsul şəxsi bildirib ki, burada qanunsuz heç bir məsələ yoxdur. Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Kontakt-Home”a IMEI kodları bloklamaq üçün icazə verib: “Telefon dükanları zəhmət çəkib telefonu aldıqları adamı tapsınlar, borcu ödətsinlər. Biz borcu ödənilməyən istənilən telefonu bağlayacağıq. Nazirlik bizə IMEI kodları bloklamaq hüququ verib. Burada qanunsuz heş bir şey yoxdur”.
//Palitika.Az