backend

Qubada kriminal keçmişli müavin icra başçısına qarşı: Bir DOSYEnin iziylə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə rəhbərliyinin dəfələrlə edilən ciddi xəbərdarlığına rəğmən regionlarda məmurların qanunsuz əməlləri, talançılığı hələ də hökm sürməkdədir.
Rayonlara rəhbərlik edənlər məsul olduqları sahələrin inkişafı ilə deyil, şəxsi biznes maraqlarını təmin etmək üçün çalışırlar. Təsadüfi deyil ki, daha çox qazanmaq, daha geniş səlahiyyətlərə malik olmaq üçün yerlərdə kadrlar arasında gərgin mübarizə gedir. İcra strukturlarında “çalışan” məmurlar vəzifə iyearxiyasında yüksəlmək üçün ən müxtəlif formalardan və metodlardan istifadə edirlər.
Qubada müavin icra başçısına qarşı
Hakimiyyət daxili mübarizənin geniş yayılmış üsullarından biri də kompromat savaşıdır. Məmurlar rəqiblərini sıradan çıxarmaq üçün əllərində olan kompromatları həvəslə mediaya ötürüb tirajlayırlar. Bu gün çox acınacaqlı durumda olan Quba rayonunda da məmurlar arasında mübarizənin şiddətli hal alması haqda cumhuriyyet.az-a məlumat daxil olub. Belə ki, rayondakı mənbənin redaksiyamıza verdiyi məlumata görə Rayon İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Nəsrulla Əhməd oğlu Quba rayon icra başçısı Yaşar Məmmədova qarşı açıq kompromat savaşına başlayıb: “ Nəsrulla Vəliyev son günlər öz birbaşa vəzifəsini unudaraq daha çox Quba rayon İcra Hakimiyyəti aparatının “mətbuatla əlaqələr şöbəsinin” funksiyalarını yerinə yetirməkdədir.
O, gizli vasitələrlə müxtəlif məzmunlu materialları ölkə mediasına ötürmək, bu yolla rəqiblərini sıradan çıxarmaq üçün maddi və şəxsi imkanlarını işə salıb. Nəsrulla Vəliyev “gizlin mətləbləri” üzə çıxarmaqla digərlərini gözdən salmaq, özünün “qəhrəman” imicini formalaşdırmaq istəyir. İcra Hakimiyyətinə ən stajlı kadrlardan olsa da, artıq tutduğu post onun ambisiyalarını təmin etmir. Başçının müavinləri arasında gedən mübarizədən yararlanaraq birinci müavin olmağı hədəfləyən Nəsrulla Vəliyev mətbuata kompromat ötürməyə başlayıb.
Müavin niyə qəzəblənib? Yaxud o kimdir?
Onu da bildirək ki, Nəsrulla Vəliyevi Qubada təkcə icra başçısının aqrar məsələlər üzrə müavini kimi tanımırlar. O, həm də rayonun tanınmış biznesmenlərindən, həm də qaranlıq keçmışə malik şəxslərdən biridir. Onun tərcümeyi halındakı gizli məqamlarla bağlı bu günlərdə mətbuatda ciddi iddialar səsləndirilib. Həmin iddiaların nə qədər həqiqətə uyğun olub olmadığını deyə bilmərik. Hər halda bu məlumatlarla bağlı N.Vəliyevin hər hansı açıqlamasına və ya təkzibinə rast gəlmədik və bu yazıda da cumhuriyyet.az olaraq həmin məlumatlardan istifadə edəcəyik. Məsələn bu məlumatlarda hazırkı müavinin dövlət vəzifəsi tutmamışdan öncəki həyatı haqda deyilir: “Quba rayon icra başçısının təsərrüfat işləri üzrə müavin i Nəsrulla Vəliyev Azərbaycan müstəqilliyini bərpa edən ilk dövrlərdə Rusiya Fedreasiyasında bizneslə məşqul olub. Fəaliyyəti sahəsinə kriminal aləmdə tanınan şəxslərlə tanışlıq, müxtəlif “razborkalar”da iştirak daxıldir ki, bu da Perm vilayətində Edik kimi tanınan qardaşı Eynullanın kriminal keçmişi ilə bağlıdır. Rusiyada biznes” fəaliyyəti zamanı Nəsrulla Vəliyevi küt alətlə vuraraq zibil yeşiyinə atırlar. Uzun müddət axtarıldıqdan sonra zibillikdən təsadüfən sağ tapılır. Ağır kontuziya alan Nəsrulla Vəliyev və qardaşı Eynulla Permdə bizneslə məşqul olan iş adamına 5 milyon dollar pul ataraq Rusiyadan Azərbaycana qaçırlar. Azərbaycana qayıtdıqdan sonra, Nəsrulla Vəliyev həyatda qalmağını dövlət işilə bağlayıb. Belə ki, o öncə Quba rayonu Vəl-vələ kənd icra nümayəndəsi, 2010-cu ildə Quba şəhəri üzrə nümayəndəsi, daha sonra icra başçısının müavini vəzifəsinə təyin edilir”. Mənbəmizin iddiasına görə, müavin haqqında yayılan ilginc məlumatların hansı mənbədən qaynaqlandığı öyrənmək üçün axtarışa çıxıb və onu inandırıblar ki, bu məlumatlar icra başçısı və ona yaxın müavinlər tərəfindən N.Vəliyevi vəzifədən uzaqlaşdırmaq üçün əsaslar yaradılması məqsədi ilə yayılıb. Onsuz da müavin həmkarlarına qarşı “mehriban düşmən” mövqeyində olan və icra başçısının ona münasibətinin müsbət olmadığını bilən Nəsrulla müəllim üçün isə bu fakt əks-hücum üçün səbəbə çevrilib.
Sözügedən məlumatda Nəsrulla Vəliyevlə bağlı iddialar bununla yekunlaşmır. Həmin material cumhuriyyet.az olaraq olduğu kimi diqqəinizə çatdırırıq:
Nəsrulla Vəliyevin adı bir məmurun ölüm səbəbində
Hazırda, Nəsrulla Vəliyevin kurasiyasında- Quba şəhərinin abadlaşdırılmasına nəzarət, sahibkarların örüşlərlə təmin edilməsi və bu sahəyə nəzarət daxildir. Ötən ilin sonlarında intihar edərək dünyasını dəyişən Quba rayonu Xınalıq kənd icra nümayəndəsi Fizuli Şərifovun ölümündə də Nəsrullanın adı hallanmaqdadır. Nəsrulla Vəliyev örüş sahələrini əhatə edən ərazilərin icra nümayəndələri tərəfindən qışlaqdan qayıdan mal-qoyun sürüsü sahiblərindən hər il icra başçısınına haqq toplayır. Həmin tapşırığı təmin etməli olan mərhum Fizuli Şərifov 70000 manat ziyana düşür. Nəsrulla Vəliyev mərhum Fizuli Şərifova banklardan kredit almağı tövsiyə edir və bütün icra nümayəndələrinə bank müqavilələrində zamin durmağı tapşırır. Ölümündən bir müddət əvvəl mərhum Fizuli Şərifov Vladimirovka kəndində yaşayan bacanağının qonşusu məktəbdə xadimə işləyən Rafinad Məmmədovanın adına kredit almış, zamini də Quba rayonu Tüləkərən kənd icra nümayəndəsi Oqtay İsayev olur. Ölümündən sonra isə, alınmış kredit borcu xadimənin adında olduğuna görə, elə xadimənin əmək haqqından tutulur.
Hazırda Quba rayonu ərazisində və Hacıqabul və bir neçə başqa rayonunda, Qubaya aid olan örüş sahələri Nəsrulla Vəliyevin tapşırığı ilə sıxışdırılaraq yerli sakinlərdən alınır. Proses – yerli sahibkarlardan hektarına 500 manat illik rüşvət tələb edilməsi ilə başlanıldı.Buna razı olmadıqları üçün icarə müqavilələri ləğv edilərək həmin torpaqlar imkanlı şəxslərə satılır. Quba rayonu ərazisində örüş sahələrinin əksəriyyyəti isə əslən Qubalı olmayan iş adamı “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə satılb.Nəsrulla Vəliyev kimi tamahkara görə iş adamı Yusif Qədimbəyli Qubada böyük bir biznes imperiyasına sahib olub.Qubada fəaliyyət göstərən Xəyal televiziyasıda ona məxsusdur.
“Qoşabulaq”ın suları hara axır?
Aqrar islahat zamanı Səməd Vurğun adına sovxozdan qalan çoxlu yerləri saxtakarlıqla özəlləşdirib. Hazırda Vəl-vələ kəndi ərazisində Nəsrulla Vəliyevə aid daş karyeri, “Qoşa bulaq” istirahət mərkəzi və meyvə tərəvəz saxlanılması üçün soyuducu anbar fəaliyyətdədir. Nəsrulla Vəliyevə məxsus olan “Qoşabulaq” restoranı isə xüsusilə məhşuri-cahandır. Daha çox gənclərin “sevimli məkanı” olan “Qoşabulaq” haqqında nəinki Qubada, respublikanın demək olar ki, hər yerində məlumatı olanlar var. Çünki, bu məkan təkcə restoran kimi fəaliyyət göstərməyib. “Qoşabulaq” Qubada daha çox əxlaqsızlıq yuvası kimi ad çıxarıb. Təsadüfi deyil ki, “Qoşabulaq” priton kimi o qədər ad çıxarıb ki, axırda Quba rayon polis şöbəsi restoranda reyd keçirmək məcburiyyətində qalıb. Reyd zamanı burada xeyli sayda əxlaqsızlıqla məşğul olan qadınlar saxlanılaraq məsuliyyətə cəlb olunub. “Qoşabulaq”ın “suyu” uzaqlara axsa da Nəsrulla Vəliyev imkanlarından istifadə edərək obyektinin toxunulmazlığını təmin edə bilib. Bundan əlavə, Nəsrulla Vəliyevə məxsus Şabran rayon istiqamətində olan meyvə bağları, mal-qara sürüsü var ki, bütün bunlara nəzarəti qardaşı Eynulla həyata keçirir.
Son 4-5 ildə Nəsrulla Vəliyevin daşınmaz əmlaknın sayı da xeyli artıb. Belə ki, təkcə Quba şəhəri ərazisində 4 mənzili var. Bütün mənzilləri qohumlarının adına rəsmiləşdirilib. Həmin mənzillər Quba şəhəri Vaqif küçəsində, SAF Konserv zavodu ətrafındakı küçədə, Nügədi yolunda, Lisey yaxınlığında yerləşir. Həmin mənzillərin hamısı hazırda kirayədədir.
Bir məmurun macəraları
Nəsrulla Vəliyevin şəxsi həyatı da qalmaqallarla müşahidə edilir. Qeyd edim ki, əldə etdiyim məlumatlara görə Nəsrulla Vəliyev Rusiyada qeyri-rəsmi nikahdan 2 oğlu dünyaya gəlib və hazırda Perm vilayətində yaşayır. Qubada da Nəsrulla Vəliyevin şəxsi həyatı hay-küysüz ötüşməyib. Onun adı – əvvəl Quba şəhəri H.Əliyev prospektində, “Üç gözəl” şadlıq sarayının yanında, daha sonra və hazırda da “Qızıltac” şadlıq sarayı yaxınlığında fəaliyyət göstərən “İki mələk” gəlinlik salonunun sahibi, əslən Şamaxı rayonundan, hazırda Sumqayıt şəhərində qeydiyyatda olan Mahirə Quliyeva ilə keçir. Nəsrulla Mahirənin bütün təminatını ödəməklə yanaşı Quba ərazisində bütün maneələri yox edirdi. Əvəzində, Mahirə Nəsrullaya sxidmətlər Nəsrulla Vəliyevin özü və qonaqları üçün Bakı, Sumqayıt və digər şəhərlərdən qadınlarla təmin edir.
Ötən il “iki mələk” gəlinlik salonunda Quba rayonu Amsar kəndində doğulmuş, Quba şəhərinə gəlin köçmüş və salonda bər-bər kimi fəaliyyət göstərən Elnarə adlı qadınla bağlıdır. Elnarənin telefonuna zəng çatmadığını görən həyat yoldaşı “iki mələk” gəlinlik salonuna gəlir və salonun bağlı olduğunu görür. Dərhal Elnarənin valideyinlərinə zəng vuran ər Mahirə Quliyevanın evinə yollanır. Orada Nəsrulla Vəliyevlə bərbər Elnarəni lüt müəyyən edən ailə üzvləri səs-küy yaradırlar. Nəsrulla Vəliyev Quba rayon polis rəisi Telman Ağasiyevin köməkliyi səs-küyün qarşısını ala bilir.
//cumhuriyyet.net