Mərhum professor Ağaddin Niftiyevin 60 yaşı tamam olur

02:13 | 28 Oktyabr, 2017

Bu gün Azərbaycanın tanınmış elm xadimi, fizika-riyaziyyat elmlər doktoru, mərhum professor Ağaddin Niftiyevin 60 yaşı tamam olur.
1957-ci il oktyabr ayının 28-də anadan olan Ağaddin Niftiyev gənc yaşlarından ömrünün sonuna qədər Bakı Dövlət Universitetində (BDU) çalışıb və adi müəllimdən şöbə müdiri, BDU-nun Böyük Elmi Şura üzvlüyünə qədər yüksəlib.
10-dan artıq doktorluq, 30-dan artıq namizədlik dissertasiyasına rəhbərlik edən mərhum professor beynəlxalq miqyasda da tanınan alimlərdən olub və bir müddət müqavilə əsasında Fransanın Nant Universitetində professor kimi çalışıb.
Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 2008-ci ildə Fransa, Gürcüstan və Azərbaycan riyaziyyatçılarının I beynəlxalq konfransını təşkil edib. Böyük Britaniyanın Nottingham Universitetində Ağaddin Niftiyevin xatirəsinə diplom işi həsr olunub.
Ötən əsrin 90-cı illərində Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Üç il öncə 57 yaşında dünyasını dəyişib.
Allah Rəhmət Eləsin!
//Editor.az