backend

Türkiyədə İŞİD-ə üzv olmaqla şübhəli sayılan 2 azərbaycanlı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə Türkiyədə Ankara, İstanbul və İzmir başda olmaqla, 8 rayonda İŞİD terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib.
ümumilikdə terror təşkilatına üzv olmaqda şübhəli sayılan 143 şübhəli saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda tapança, ov tüfəngi, sursat, terror təşkilatına məxsus sənədlər aşkarlanıb. Hüquq-mühafizə orqanlarının Bursa rayonunda və rayonun 7 qəsəbəsində keçirdiyi əməliyyat zamanı 2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb.
//APA