backend

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin noyabrın sonlarında görüşü razılaşdırılıb.
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
E. Məmmədyarov deyib ki, görüş Bakıda keçiriləcək: “Bu ölkələr dünyada siyasi və iqtisadi nöqteyi-nəzərdən vacib oyunçulardır. Ona görə xarici işlər nazirləri səviyyəsində bütün çağırış və təhdidlərin, imkanların müzakirə olunması üçlü formatda müzakirəsi çox faydalıdır. Əgər ciddi təkliflər, məsələlər ortaya çıxarsa, üç ölkənin prezidentlərinin də görüşü mümkündür”.
//APA