Siyəzəndə Yaşıllaşdırma idarəsinin əməkdaşı damarlarını kəsib

00:47 | 17 Noyabr, 2016

Siyəzən rayonunda intihar cəhd faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Qafarov Sənan Valeh oğlu sol qolunun damarlarını kəsib. S. Qafarov dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. İlkin tibbi yardımdan sonra onu paytaxtda yerləşən tibb müəssisələrindən birinə yola salıblar.
S.Qafarovun Siyəzən Yaşıllaşdırma İdarəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.