backend

"20 polis xidmətdən azad edilib" – Ramil Usubov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 əməkdaş cəzalandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, bunu nazir Ramil Usubov Bakıda səfərdə olan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuquşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir həmçinin qeyd edib ki, 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.