backend

Çovdarov quldurluq etməyib… – Məhkəmə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakı Hərbi Məhkəməsində “MTN işi” üzrə Akif Çovdarov, Səlim Məmmədova, Akif Əliyev və Orxan Osmanova hökm oxunan zaman onların ittiham edildiyi maddələrdən bir neçəsi cinayət işindən çıxarılıb.
Editor.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Həbib Həsənovun elan etdiyi hökmdə adıçəkilən şəxslərin quldurluq əməli törətmədiyi qənaətinə gəlinib.
Buna görə də cinayət işində təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.
Lakin həmin maddələr üzrə adıçəkilən şəxslərə bəraət verilməsi yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə hökmdə bu maddələr üzrə cəza verilməyib.
Qeyd edək ki, hökmə əsasən A,Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.