backend

Latviya aviaşirkəti Azərbaycanda nümayəndəlik açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyanın “AirBaltic” milli aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb.
 
Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı Andrey Larçenkodur.
“AirBaltic” Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılıb. Şirkətdə səhmlərin 80,05 faizi Latviya dövlətinə məxsusdur.
Şirkətin parkında 30 avialayner, o cümlədən 5 “Boeing 737-500”, 6 “Boeing 737-300”, 7 “Bombardier CS300” və 8 “Bombardier Q400 NextGen” təyyarəsi var.
//Milli.Az