backend

Prezident İlham Əliyev: "Azərbaycanın heç bir maliyyə problemi, çətinliyi yoxdur"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın heç bir maliyyə problemi, çətinliyi yoxdur”.
Bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaqdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik”.
İlham Əliyev əlavə edib ki, Azərbaycanın heç bir maliyyə problemi, çətinliyi yoxdur: “Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir”.
//AZƏRTAC