backend

Ermənistan ordusunun rəhbərliyində təlatüm gözlənilir: general Movses Akopyan niyə qovulacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yeni Konstitusiyanın bir sıra müddəalarının qüvvəyə minməsi ilə əlaqədar hakimiyyətin bütün səviyyələrində ciddi kadr dəyişiklikləri gözlənilir.
 
Bu haqda “Qraparak” öz mənbələrinə istinadən qəzeti yazır.
Bu dəyişikliklər silahlı qüvvələri də əhatə edəcək və Baş qərargah rəisi, general Movses Akopyan vəzifədən azad ediləcək. Onun yerini tutmağa əsas namizəd qondarma “dqr müdafiə naziri” general Levon Mnatsakanyandır.
 
Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, qondarma “dqr”in keçmiş müdafiə naziri Movses Akopyan Müdafiə Nazirliyi üçün təchizat məsələləri ilə bağlı son korrupsiya qalmaqallarına və tabeçiliyindəkilərlə kobud rəftarına görə gözdən düşüb. O, artıq oyundan çıxmış hesab oluna bilər. Akopyanın bu vəzifədə saxlanılması həm də bu səbəbdən mümkün görünmür ki, o, keçmiş müdafiə naziri, Sərkisyan rejiminə qarşı müxalifətə keçmiş Seyran Ohanyanla çox yaxın münasibətlərdədir.
Xatırladaq ki, ötən ilin aprel döyüşlərində erməni ordusunun aldığı zərbələrin nəticəsi olaraq Ermənistan Müdafiə Nazirliyində əsl təlatüm başlamışdı. Həmin vaxt bir neçə general həbs olundu, bir çoxları vəzifədən çıxarıldı. O cümlədən sonra müdafiə naziri Seyran Ohanyan postunu itirdi.
//virtualaz.org