backend

“Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADİHİ rəhbəri Əhməd Şahidov Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviç ilə görüşüb
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Noyabrın 9-da Belqrad şəhərində Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviç ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə danışan Əhməd Şahidov həyata keçirdikləri layihələr, görüşlər və səfərlər barədə Serbiya Parlamentinin rəhbərliyini məlumatlandırıb, Serbiya Respublikası ilə əməkdaşlıqda maraqlı olduqlarını və Serbiyanın qanunvericilik bazasının öyrənilməsi, insan haqları sahəsindəki təcrübələri, xüsusən də qaçqın və məcburi köçkünlər, habelə etnik azlıqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən layihələrlə tanış olmaq niyyətini açıqlayıb..
ADİHİ rəhbəri Əhməd Şahidovu Serbiya Parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən professor Vladimir Marinkoviç Serbiya Parlamentinin fəaliyyəti, qəbul edilən qanun layihələri və onların icra mexanizmləri, habelə insan haqları sahəsindəki mövcud durum barədə geniş məlumat verib. Azərbaycanı dost və qardaş ölkə kimi xarakterizə edən cənab Vladimir Marinkoviç iki ölkə arasında strateji əlaqələrin mövcud olduğunu bildirib, beynəlxalq arenada qarşılıqlı dəstək fəaliyyətinin aparıldığını vurğulayıb. Beynəlxalq hüququn ayrılmaz parçası kimi ölkələrin ərazi bütovlüyü məsələsinə toxunan Serbiya Parlamentinin vitse-spikeri həm Azərbaycan, həm də Serbiyanın bu məsələdə prinsipial mövqe ortaya qoyduğunu və iki ölkənin ərazi bütovlüyü məsələsində bir-birini dəstəklədiyini bildirib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəlinib, birgə fəaliyyətin konturları müzakirə edilib. ADİHİ rəhbəri Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və azərbaycanlı qaçqınlar barədə kitabları Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviçə hədiyyə edib.