Avropa Liqası: "Beşiktaş"ın rəqibi bilindi

16:31 | 17 Mart, 2017

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
“Kor püşk”ün nəticəsinə əsasən bu mərhələdə qarşılaşacaq komandalar məlum olub.
Püşkün nəticəsi:
1/4 final
“Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
“Selta” (İspaniya) – “Genk” (Belçika)
“Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)
“Ayaks” (Niderland) – “Şalke” (Almaniya)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-ü, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.
///trend