backend

“Gəncənin deputatı narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında Gəncə-Naxçıvan reysinin bağlanmasına, o cümlədən hava limanlarında Gəncə adının hələ də “Kirovabad” kimi qeyd olunmasına narazılıq bildirilib.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, Gəncə beynəlxalq havalimanın potensialından maksimim istifadə olunmur.
O, qeyd edib ki, ötən il Bakı-Gəncə aviareysinin bağlanmasından sonra Azərbaycan Prezidentinin dəstəyi ilə bu reys yenidən bərpa olundu: “Amma təəssüf ki, Gəncə-Naxçıvan reysi bərpa olunmadı. Halbuki bu reysin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində, hərbi xidmət çəkən əsgərlərin, onların valideynlərinin uçuşlarında ciddi əngəllər yaradır”.
Deputat həmçinin beynəlxalq hava limanında Gəncə sözünün yerinə Kirovabad (KVD) yazılmasının bir çox sualların yaranmasına səbəb odluğunu bildirib, bunun aradan qaldırılmasını tələb edib. O, Gəncədə son illər görülən işləri diqqətə çatdıraraq bildirib ki, turistlərin cəlb edilməsində aviareyslərin bərpası və artırılması vacib rol oynayır, buna diqqət yetirilməlidir.
Deputat son illər gəncədə görülən işlərdən danışaraq qeyd edib ki, Gəncədə 300-dən çox beynəlxalq və yerli layihə həyata keçirilib: “Cənab prezidentin diqqət və qayğısı nəticəsində bu layihələr uğurla başa vurulub. Gəncə şəhərində bu gün Heydər Əliyev parkı dünyda 5 parkdan ikincisidir. Bundan başqa tələbə yataqxanalarının, məktəb komplekslərinin təmir tikintisi aparılıb ki, bu ,növbəti ildə də davam edəcək”.
//Qafqazinfo