Qusarda yeniyetmənin idarə etdiyi maşın ağaca çırpılıb, xəsarət alanlar varbackend

Qusarda yeniyetmənin idarə etdiyi maşın ağaca çırpılıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun Kuxuroba kəndinə yaxın ərazidə qeydə alınıb. Kuxuroba kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Ayaz Azər oğlunun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü ilə bərabər maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Sədullayev Artur Rövşən oğlu xəsarət alıb. Hər iki şəxs Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.