backend

İlham Əliyev: "Azərbaycan bayrağı necə ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndində də dalğalanacaq"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar düzgün nəticə çıxartmalıdırlar və bilməlidirlər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Bunu Prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Bunu etmək üçün biz əlbəttə ki, uğurlu siyasət aparırıq. Hər gün, hər il biz o günü yaxınlaşdırırıq ki, Azərbaycan bayrağı necə ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndində də dalğalanacaq”.
//Trend