backend

27 ildir ki, şəxsiyyət vəsiqəsi ala bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 ildir ki, Azərbaycanda yaşayır, hələ üstəlik hərbi xidmətdə də olub. Amma şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd ala bilmir. Masallının Səmədxanlı kənd sakini Sadiq Ağayevin şəxsiyyət vəsiqəsinin olmaması onun ailəsi üçün də problemlər yaradır.
1990-cı ildə Rusiyanın Volqaqrad şəhərində doğulan Sadiq Ağayev 3 aylığında ailəsi ilə birlikdə Masallının Səmədxanlı kəndinə köçüb. O vaxtdan həmin kənddə yaşayan və orta məktəbi bitirən Sadiq Ağayev Azərbaycan vətəndaşı olduğunu təsdiq edən hər hansı sənəd ala bilmir. Üstəlik, o, 2008-ci ildə hərbi xidmətdə də olub.
2010-cu ildə ailə həyatı quran Sadiq Ağayev sonradan münaqişə zəminində cinayət törətdiyindən həbs olunub. O, doğum haqqında şəhadətnaməsini həmin vaxt məhkəməyə verdiyini deyir.
Doğum haqqında şəhadətnaməsi itdiyindən şəxsiyyət vəsiqəsi də ala bilir. Hüquqşünas Asif Abdullayev belə bir vəziyyətdə vətəndaşın məhkəmə yolu ilə sənədlərini təsdiqlədə biləcəyini deyir.
Vətəndaşlıq ala bilməyən Sadiq Ağayevin ailəsi də bu problemdən yan keçməyib. Belə ki, 1 il əvvəl ailə qurmasına baxmayaraq, o, hələ də nikahını rəsmiləşdirə bilməyib.
//xezerxeber.az