backend

Krıma səyahət edən avropalı deputatlaraQADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti martın 19-da Krıma üçgünlük səfər edən Avropa ölkələrinin 4 deputatına qarşı sanksiya tətbiq edib.
bunu bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskaya bildirib.
Y. Qitlyanskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulub.
Qeyd edək ki, martın 19-da Rusiyanın hakim Ədalətli Rusiya Partiyası Böyük Britaniya, Çexiya, Serbiya və Monteneqro, o cümlədən Qırğızıstan və Braziliya parlamentlərinin bir neçə deputatının Krıma səfərini təşkil edib.
//APA