backend

Əlilliyi olan şəxslərin təhsil imkanları artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İdeal Gələcək “ gənclər ictimai birliyi cəbhəyanı bölgələrdə əhalinin həssas təbəqəsi – əlilliyi olan uşaqlar üçün “İnkluziv təhsil və uşaq inkişaf mərkəzləri” yaradılması layihəsini uğurla yekunlaşdırdı. Azərbaycan Respublikası Prezidenti yanında QHT –lərə dəstək Şurasının maliyyə dəstəyi ilə 2 ay davam edən layihənin əsas məqsədi regionlarda əlil gənclərin təhsil hüquqlarnın təbliği istiqamətində onların savadlılıq dərəcələrini artırmaq üçün inkluziv təhsil və uşaq inkişaf mərkəzlərinin yaradılmasıdır. Həmçinin layihə çərçivəsində “Əlillərin tibbi reabilitasiya və sosial müdafiəsi” haqqında qanunlar ilə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli tədbirlərinin aparılıbdır.
Ağcabədi rayonunda ümumilikdə 50 nəfər əlilliyi olan uşaq və yeniyetmə birliyin inkluziv təhsil xidmətlərindən faydalanmışdır. Qeyd etmək istərdik ki, layihə məktəbəqədər təhsilin ilkin forması olmaqla uşaqların intelektual, fiziki və psixoloji inkişafında , onların şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi rol oynamışdır.
//Editor.az