Tarixi məscid YANIR

13:38 | 22 Mart, 2017

Yunanıstanın Dimetoka şəhərindəki tarixi Beyazit Məscidində səhərə yaxın yanğın başlayıb. Söndürmə işlərinin hələ davam etdiyi, böyük hissəsi taxta olan məscidin xeyli zərər gördüyü bildirilir.
səbəbi hələ bilinməyən yanğını söndürmə işləri hələ də davam edir.
Qeyd edək ki, Yunanıstan Mədəniyyət Nazirliyinin tarixi abidə olaraq nəzarətə götürdüyü və ibadət üçün bağlı olan məsciddə son iki ildir ki, bərpa işləri aparılırdı.
//milli.az