backend

Azərbaycan – Almaniya 11:0!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən Avstriyanın Qrats şəhərində keçirilən Xüsusi Qış Olimpiadasında Florbol üzrə yığma komandamız (döşəmə üzərində topla hokkey) Almaniya yığması ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, yığmamız TD divizionu çərçivəsindəki son oyununda almanları 11:0 hesabı ilə darmadağın edib və maksimum nəticə göstərib.
Qeyd edək ki, əlil idmançılar arasında keçirilən Xüsusi Qış Olimpiadasının açılış mərasimi martın 18-də olub. Bu Olimpiadada ölkəmizi yalnız Florbol (Floorball) yığmamız təmsil edir.
Azərbaycan yığması diviziona qədər bir neçə oyunlar keçirib və 8 dəqiqədən ibarət olan bu oyunlarda bu nəticələr qeydə alınıb:
17 mart
Azərbaycan – Çexiya 0:5
Avstriya-2 – Azərbaycan 1:1
Azərbaycan – Cəbəllütariq 6:0
Azərbaycan – Men adası 1:2
18 mart
Azərbaycan – Fil Dişi Sahili 5:0
Azərbaycan – İsveçrə-2 1:3
Bu nəticələrdən sonra millimiz TD divizionuna düşüb (səviyyəcə 4-cü). Bu divizionda yığmamız maksimum nəticə göstərib.
19 mart
Azərbaycan – İrlandiya-2 8:2
Avstriya-2 – Azərbaycan 3:4
20 mart
Azərbaycan – Argentina 8:0
Azərbaycan – Fil Dişi Sahili 11:0
Azərbaycan – Bharat Kişilər (Hindistan) 8:0
21 mart
Azərbaycan – Almaniya 11:0
Onu da bildirək ki, yığmamız yarımfinalda bu gün  Avstriyanın 1-ci komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:40-da başlayacaq.