Perunun paytaxtında güclü yanğın olub, ölənlər varbackend

Perunun paytaxtında güclü yanğın olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun paytaxtı Limada güclü yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib.
Bundan əvvəl 4 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilirdi.
Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
***
Perunun paytaxtı Lima şəhərində güclü yanğın qeydə alınıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın ən iri ticarət mərkəzlərinin birində baş verib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 13 nəfər itkin düşüb.
Yanğın baş verən “Lacromar” ticarət mərkəzi noyabrın 19-20-də Limada prezidentlər səviyyəsində keçiriləcək beynəlxalq sammit iştirakçılarının qalacaqları otellərin yaxınlığında yerləşir.