backend

UEFA biri "Barselona" olmaqla 2 klubu cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Çempionlar Liqasında keçirdikləri son oyunda azarkeşlərinin intizamsızlığına görə “Barselona” və “Napoli”ni cəzalandırıb.
 “Barselona” 19 min, “Napoli” isə 38 min avro cərimələnib.
Kataloniya klubu PSJ ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəbindən cəza alıb. Martın 8-də “Nou Kamp”da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Barselona”ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s.) ittihamları irəli sürülüb.  Bundan başqa “Real Madrid”ə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol təmsilçisinin azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq, meydana kənar əşyalar atdığına, stadionda pilləkənlər tutduğuna görə klubu əlavə xərcə salıb.
///goal.az