backend

Təhsilin ürəyi İstanbulda döyünür-EURIE 2017-nin möhtəşəm açılışı baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin(EURAS) təşkilatçılığı ilə artıq ikinci ildir təşkil olunan və dünyanın ən böyük təhsil tədbirlərindən hesab olunan Avrasiya Ali Təhsil Zirvəsinin(EURIE) açılış mərasimi baş tutub. Açılış mərasiminə EURAS-ın sədri, Dr. Mustafa Aydınla yanaşı, Türkiyənin təhsil naziri İsmət Yılmaz, Şimali Kipr Türk Respublikasının təhsil naziri Özdemir Berova, Qətərin keçmiş naziri Hamad Bin Abdulaziz Al-Kavari, DEİK-in rəhbəri Ömer Cihad Vardan və digər yüksək səviyyəli rəsmi şəxslər qatılıb. 53 ölkədən iki mindən artıq rektor, prorektor, elm və təhsil adamlarının qatıldığı, 200 standın yer aldığı zirvə 33 panel və seminara ev sahipliyi edəcək.
Açılış mərasimində çıxış edən v deyib ki, 2016-cı ildə ilk dəfə təşkil etdikləri EURIE zirvəsi bütün dünya tərəfindən rəğbət və maraqla qarşılanıb: “Bunun nəticəsidir ki, “Study in Turkey” markası artıq bütün dünyanın təhsil ictimaiyyəti tərəfindən qəbul edilən bir markaya çevrilib. İndi açılış mərasimini keçirdiyimiz EURIE 2017-nin məqsədi Türkiyənin ali təhsil sektorunu dünyaya tanıtmaq, Türkiyəni bu sektorda bir cazibə mərkəzi halına gətirmək, ikitərəfli əlaqələri və beynəlxalq tələbə sayını artırmaqdır. Zirvə eyni zamanda bölgənin və dünyanın ali təhsil müəssisələri arasında ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına, elm və təhsil sahəsində yeni qlobal uğurların qazanılmasına kömək olacaq”.
Zirvənin açılışında çıxış edən Türkiyənin təhsil naziri İsmət Yılmaz bildirib ki, Türkiyə üçün təhsildən önəmli bir mövzu yoxdur: “Təhsilin inkişafı bizim əsas hədəfimizdir. Türkiyə büdcəsindən ən çox ayırmalar da təhsil sektorunadır. Hazırda təhsilimizin inkişafı üçün daha 122 milyon lira üçün mənbə axtarışındayıq. EURIE 2017 Zirvəsinin təhsil diplomatiyası baxımından çox mühüm əhəmiyyəti var”.
Avrasiya Ali Təhsil Zirvəsi ayrı-ayrı panellər və sərgilərlə öz işini davam etdirməkdədir. Qeyd edək ki, Zirvədə Azərbaycan universitetləri də iştirak edir.
 
//Editor.az