backend

İŞİD Rusiya Milli Qvardiyasına hücumun məsuliyyətini üzərinə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb.
bu barədə “SITE Intellegence Group” xəbər yayıb. “SITE Intellegence Group” terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır.
Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə 6 hərbi qulluqçu ölüb.
// APA