backend

“Azərbaycan San Marino və ya Lixtenşteyn deyil” – “Real”ın yarımmüdafiəçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya millisinin futbolçusu Toni Kroos Azərbaycan yığmasına qarşı martın 26-da keçirəcəkləri rəsmi oyundan öncə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi qarşılaşmanın o qədər də asan keçməyəcəyini bildirib.
Kroos Bakı səfərindən 3 xalla qayıtmaq istədiklərini bildirib: “Uzun yol həmişə xoşagəlməz və yorucu olur. Xəzər dənizi sahillərinə səfər də bunlardan biridir. Amma biz ora daha yüksək motivasiyada yollanmalıyıq. Çünki qalib gəlmək istəyirik. Bazarertəsi Frankfurt aerportuna 3 xalla dönməliyik. Azərbaycan San Marino və ya Lixteynşetyn deyil. Onların daha güclü olduqlarını düşünürəm”.