“Düzgün davranış – sağlam mühit” adlı layihəsi keçirildi

14:25 | 24 May, 2017

22 – 23 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Xətai rayonunda yerləşən, 138 saylı tam orta məktəbdə, “Düzgün davranış – sağlam mühit” adlı layihə baş tutdu.
Editor.az xəbər verir ki, layihənin ilk günü millət vəkili Adil Əliyev, İnnovativ Biznes İnkubatorun, Layihələr və Kommunikasiya Departamentinin rəhbəri Nihad Allahyarlı, tanınmış psixoloq Fidan Azərqızı və Cənab Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülmüş, cudo idman növündə təmsil olunan, gənc idmançı Orxan Səfərov məktəbin qonağı olmuşdur. Şagirdlərlə görüşdə sağlam qidalanma, zərərli vərdişlər və idmanın üstünlükləri kimi mövzularda çıxışlar olub.
Layihənin ikinci günü isə, profesional təlimçi Nicat Mehrəliyev, layihə iştirakçılarına “Sağlam bədən, sağlam gələcək” adlı qeyri formal təhsil formatında hazırlanmış, təlim həyata keçirmişdir. Böyük maraqla qarşılanan təlimin sonunda iki komandaya bölünən iştirakçılar, mövzu ilə bağlı təqdimat hazırlayıb və təqdim ediblər.

Mövzunu Facebookda şərh et