Bakıda qeyri-adi SOYĞUN: “Şikar”ını maşınla sürüdübackend

Bakıda qeyri-adi SOYĞUN: “Şikar”ını maşınla sürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.