backend

Bu şəxslərin maaşları ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat təşkil edib.
əməkhaqqı neft sektorunda 3174,4 manat, qeyri-neft sektorunda 440,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 378,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları isə 683,6 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
//AZƏRTAC