backend

Londondakı terrorda şübhəli bilinən daha 1 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda törədilən terror aktında şübhəli bilinən daha 1 nəfər saxlanılıb.
Bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat verib.
Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdədir . Bundan əvvəl 10 şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.
Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terrorçu, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
//Milli.az