backend

Bulvarda dəhşət: hər kəsin qarşısında özünü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib.
Saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb. Şəxsiyyəti hələ dəqiqləşdirilməyən  şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub.
Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır.

Bu gün axşam saatlarında bulvarda özünü dənizə atan şəxsin kimliyi məlum olub. Özünü dənizə ataraq öldürən şəxs 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğludur. O, İsmayıllı rayonunun Mücü kəndinin sakinidir.
Bildirilir ki, onun  şəxsiyyət vəsiqəsi cibindən tapılıb.
///Lent.az