Azərbaycanda avtobus “Jeep”lə toqquşdu, keçmiş polis işçisi xəstəxanalıq oldu

10:29 | 27 Mart, 2017
Bakı-Qazax magistralında yol qəzası baş verib.
hadisə yolun Tovuz rayonunun Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bəkirov Məhəmməd Dursun oğlunun idarə etdiyi, Qazaxdan Bakıya sərnişin daşıyan avtobusla Tovuz rayon sakini Museybov Elman Museyb oğlunun idarə etdiyi “Jeep” markalı avtomobil toqquşub.
Qəza zamanı “Jeep”in sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. E. Museybov avtomobildən çıxarılaraq Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Məlumata görə, E. Museybov keçmiş polis işçisidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
  //APA
Diaspora.az