Bakıda yaşayış binasında yanğın

16:41 | 27 Mart, 2017

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Editor.az FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və 2 otağının qapısı yanıb.
Yüksək temperaturdan 16 kvadratmetr sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.