backend

Azərbaycanda yol terroru: 4 ölü, 9 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 27-də Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib.
Həftənin ilk günündə ölkə yollarında 10 avtomobil qəzası baş verib. Nəticədə həyatını itirən 4 nəfərdən başqa daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qubada iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Ucar rayonunda isə “Hyundai” markalı minik avtomobili yük maşınına çırpılıb və 1 nəfər həyatını itirib. Qax rayonunda “Mercedes”in aşması isə qadın sərnişinin ölümünə səbəb olub.
Hər bir faktla bağlı araşdırma aparılır.
///Lent.az