Azərbaycanın FİFA hakimlərinin adları açıqlandıbackend

Azərbaycanın FİFA hakimlərinin adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı FİFA hakimlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ildə beynəlxalq oyunlara 22 ədalət təmsilçimiz təyinat ala biləcək.
Bu illə müqayisədə yeni ildə bəzi dəyişikliklər olacaq. Ən diqqətçəkən məqam üç referimizin tərkibində olan dəyişiklikdi.
Orxan Məmmədovun FİFA referiliyindən geri çağıran AFFA onun yerinə ömət Öaşayevi beynəlxalq quruma təqdim edib. Onunla yanaşı Rəhim Həsənovla Əliyar Ağayev də FİFA referisi statusunu daşıyacaq.
Qeyd edək ki, Azərbaycanı beynəlxalq arenada 3 referi, 6 laysman, 4 futzal referisi, 3 çimərlik futbolu referisi, 2 qadın futbolu referisi və 4 qadın futbolu laysmanı təmsil edəcək.
Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev
Referi köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Zeynal Zeynalov, Mübariz Haşımov
Futzal üzrə FIFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı
Çimərlik futbolu üzrə FIFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva
Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova
Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova