backend

Özünü öldürən MTN polkovniki barəsində qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin barəsində cinayət işinə xitam verilib.
APA-nın məlumatına görə, bu barədə cinayət işini aparan istintaq orqanı qərar qəbul edib.
Qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub.
O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asaraq intihar edib.